9 Yanvar 2018 08:05
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya polisi əhaliyə kömək və cinayətlərin qarşısının alınması üçün “Amazon” şirkətinin istehsalı olan “ağıllı” “Exo” mikrafonundan istifadə edəcək.

Teleqraf.com "İCTnyus"a istinadən xəbər verir ki, Lankşir qraflığının Polis İdarəsi “Amazon Echo” kolonkasından itkin düşən və barələrində axtarış elan edilən şəxslər haqqında informasiyanın, eləcə də insanların həyatının təhlükəsizliyinin təmininə imkan verən digər faydalı məlumatların göndərilməsi üçün istifadəni planlaşdırır. Bundan başqa, “ağıllı mikrafonlar" polis əməkdaşlarına kriminal aktivlik barədə informasiya verərək baş verən hadisələr haqda operativ məlumatlar təqdim edəcək.

Lankşir qraflığının Polis İdarəsinin nümayəndəsi Rob Flanaqan bildirib ki, bununla “Çağrı” mərkəzlərinin yükünü azaltmaq, eləcə də yeni texnologiyalar vasitəsilə vətəndaşları lazımi informasiya ilə təmin edərək polisə zəng etmək zərurətini aradan qaldırmaq mümkün olsa, bu, böyük uğur olacaq. “Lakin eksperimentin uğurlu olacağı və Böyük Britaniya vətəndaşlarının bu yeniliyi qəbul edəcəyi təqdirdə biz məxfilik məsələləri üzərində də çalışmalı olacağıq. Məsələ ondadır ki, cinayət şahidləri polisi baş verən qanun pozuntuları barədə məlumatlandıran zaman anonimliklərini qorumaq istəyirlər. Səsin tanınması sisteminə malik “ağıllı” elektronika insanı gizli qalmaq imkanından məhrum edir, ötürülən məlumatlar isə şirkətin haker hücumuna məruz qala biləcək serverlərində saxlanılır”, - polis təmsilçisi qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər