9 Yanvar 2018 17:21
1 726
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:40

Vüqarın vəziyyəti indi daha stabildir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında aşığın qardaşı Anar Niftəliyev deyib.

Onun sözlərinə görə, həkimlər müalicə imkanının yaranmasını gözləyirlər:

“Müalicə üçün isə bədənin, ürəyin özünü bərpası lazımdır. Həkimlər bu gecədən artıq orqanizmin özünü bərpa etdiyini deyiblər. Orqanizmin stabilliyi belə davam edərsə, günün ikinci yarısından etibarən müalicəyə başlanılacaq”.

Qeyd edək ki, dünən Şirvan aşıq məktəbinin tanınmış nümayəndələrindən biri, Azərbaycan Aşıqlar Birliyinin üzvü Vüqar Mahmudoğlu infarkt keçirib.

O, Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.

***

Damarların genişlənməsi üçün Vüqarın ürəyinə stend qoyub reanimasiyaya köçürdülər.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Aşıq Vüqar Mahmudoğlunun qardaşı Anar Niftəliyev deyib.

Onun sözlərinə görə, hazırda aşığın vəziyyəti stabil-ağırdır:

“Həkimlər özləri Vüqarın ayılmasına imkan vermirlər. Çünki ürəyin daha az yükə düşməsi üçün onun yatması lazımdır. Yaxın 24 saat ən kritik zamandır. Həmin zamanda orqanizmi tab gətirsə, hər şey arxada qalacaq".


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər