9 Yanvar 2018 17:35
2 987
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:13

64 vergi xidməti əməkdaşı tutduğu vəzifədən azad edilib.

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən Teleqraf.com-a verilən məlumatda bildirilib ki, vergi inzibatçılığının təkmilləşdirilməsi, daha çevik idarəetmə mexanizmlərinin tətbiqi və yeni çağırışlara cavab verən vergi sisteminin formalaşdırılması məqsədilə Vergilər Nazirliyində struktur və kadr islahatlarına başlanılıb. Nazirliyin strukturunun yenidən təşkili, eyni zamanda, onun fəaliyyətini müəyyənləşdirən institusional dəyişikliklərin aparılmasına istiqamətlənən islahatlar ölkədə sahibkarlıq və investisiya mühitinin yaxşılaşdırılması, biznesin inkişafında süni maneələrin aradan qaldırılması, cəmiyyətdə vergi mədəniyyətinin formalaşdırılması, partnyorluq münasibətlərinin tərkib hissəsi olaraq vergi ödəyicilərinin öz öhdəliklərini yüksək səviyyədə yerinə yetirməsi məqsədi daşıyır.

Bununla əlaqədar olaraq, vergilər nazirinin müvafiq əmrləri ilə 64 nəfər vergi xidməti əməkdaşı tutduğu vəzifədən azad edilərək nazirlyin sərəncamına götürülüb ki, onların arasında nazir müşavirləri, departament rəhbərləri, struktur bölmə rəhbərləri və digər vəzifəli şəxslər var.

***

Yeni Vergilər naziri Mikayıl Cabbarov 64 nəfəri tutduqları vəzifədən azad edib.

Tutduqları vəzifədən azad edilən şəxslərin qısa siyahısını təqdim edirik:

Ad, soyad

Tutduğu vəzifə

İlqar Əhmədov

Vergilər nazirinin müşaviri, Əlaqələndirmə və idarəetmə Departamentinin baş direktoru

Nəsimi Cəfərov

Əlaqələndirmə və idarəetmə Departamentinin baş direktorun müavini

Raqif Qurbanov

Bakı şəhəri Lokal gəlirlər Departamentinin baş direktorunun I müavini

Mübariz Verdiyev

Milli gəlirlər Departamentinin şöbə rəhbəri

Natiq Məmmədov

Bakı şəhəri Lokal gəlirlər Departamentinin İdarə direktorunun müavini

Mübariz Əmiraslanov

Bakı şəhəri Lokal gəlirlər Departamentinin İdarə direktorunun müavini

Qabil Tarquliyev

Bakı şəhəri Lokal gəlirlər Departamentinin İdarə direktorunun müavini

Tariyel Şahbazov

Bakı şəhəri Lokal gəlirlər Departamentinin İdarə direktorunun müavini

Elxan Həsənzadə

Bakı şəhəri Lokal gəlirlər Departamentinin İdarə direktorunun müavini

Kəmaləddin Baxşəliyev

Bakı şəhəri Lokal gəlirlər Departamentinin İdarə direktorunun müavini

Nicat Məmmədzadə

Bakı şəhəri Lokal gəlirlər Departamenti, böyük DVM

Nazim Cahangirov

Bakı şəhəri Lokal gəlirlər Departamenti, böyük DVM

Azər Qurbanov

Bakı şəhəri Lokal gəlirlər Departamenti, DVM

Fuad Zeynalov

Bakı şəhəri Lokal gəlirlər Departamenti, DVM

Azər Mehdizadə

Bakı şəhəri Kiçik sahibkarlıqla iş Departamentinin şöbə rəhbəri

Emil Xanməmmədov

Bakı şəhəri Kiçik sahibkarlıqla iş Departamentinin İdarə direktoru

/Report/


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər