Yanvarın 8-də mediada Masallı rayonunun Xırmandalı kənd sakini Anar Qurbanovun ona məxsus otlaq sahəsində yaralı qartal tapması məlumatı yayılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, yerli qurumun əməkdaşları quşu Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil veriblər.
Bir qanadından zədə almış qartalkimilər fəsiləsinə aid olan bozqır qartala baytar həkimi müvafiq yardım göstərib.
Reabilitasiya dövrü keçdikdən sonra quş vəhşi təbiətə buraxılacaq.