10 Yanvar 2018 12:04
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" postunda İrandan piyada gələn Azərbaycan vətəndaşının hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, zərurət yarandığından vətəndaşın daxili orqanları həkim müayinəsindən keçirilib və onun düz bağırsağında narkotik vasitələr - bir ədəd bükümdə xalis çəkisi 9,134 qram olan heroin, digər bükümdə isə xalis çəkisi 4,434 qram olan tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: İlhamə

Oxşar xəbərlər