11 Yanvar 2018 08:46
2 232
12 Punto 14 Punto 16 Punto 18 Punto

Marşrutlara tətbiq olunan gedişhaqqı Tarif Şurasının tənzimlədiyi qiymət əsasında həyata keçirilir.

Bunu Teleqraf.com-a açıqlamasında Baku Bus MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev deyib.

Onun sözlərinə görə, şəhərin mərkəzindən şəhərətrafı ünvanlara məsafəyə görə tənzimlənən qiymət nə qədərdirsə, kartdan o qədər gediş haqqı çıxır: “Məsələn, vətəndaş Hövsandan Baku Bus MMC-yə məxsus 175 nömrəli marşruta minirsə, onun hansı ərazidən düşməsindən aslı olmayaraq kartdan 30 qəpik gedişhaqqı çıxılır. Çünki həmin marşrut şəhərətrafı xətt sayılır”.

Mansur Piriyev qeyd edib ki, şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası marşrutlarda sərnişin daşıma xidmətlərinin tariflərilərinə əsasən, şəhərətrafı və qəsəbələrarası 1 km-dən 15 km-dək (15 km daxil olmaqla) 20 qəpik, 15 km-dən 25 km-dək (25 km daxil olmaqla) 25 qəpik, 25 km-dən 30 km-dək (30 km daxil olmaqla) 30 qəpikdir.

175 nömrəli marşrut xəttində gedişhaqqı göstərilən normativlərə uyğun olaraq 30 qəpik müəyyən edilib.

Qeyd edək ki, 175 nömrəli marşrut xəttinin hərəkət sxemində dəyişiklik edilib. 13 yanvar 2018-ci il tarixdən bu xətti üzrə avtobuslar Hövsan qəsəbəsinin mərkəzindən əvəvlki xəttən fərqli olaraq “Xətai” metrosuna yox, “28 May” metrostansiyasınadək hərəkət edəcək.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər