11 Yanvar 2018 11:14
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci ildə də Azərenerji ASC-nin “Qaynar xətt”i istənilən kateqoriyalı şəxslərə müvafiq xidmət göstərəcək.

Bu barədə Teleqraf.com-a Azərenerji ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı məlumat verib.

Onun sözlərinə görə, 2017-ci ildə Azərenerji ASC-nin “186 nömrəli - Qaynar xətt”i öz operativliyini tam təmin edilib: “Bu dövr ərzində “Qaynar xətt”ə 12012 zəng daxil olub. Bütün zənglər 24 saat, həftənin şənbə və bazar günləri də daxil olmaqla operatorlar tərəfindən diqqətlə dinlənilib, araşdırılıb və aidiyyəti üzrə yönləndirilib. Təkcə 31 dekabr-3 yanvar tarixlərində quruma 70 zəng olunub”.

Yəhya Babanlı qeyd edib ki, respublikanın şəhər və rayonlarından gələn müxtəlif məzmunlu müraciətlər əsasən bildiriş, cərimə, elektrik xətti, enerji borcu, sayğac, smart kart, nəzarətçinin davranışı və fasilələrlə əlaqədar olub: “2018-ci ildə də “Azərenerji”nin “Qaynar xətt”i istənilən kateqoriyalı şəxslərə müvafiq xidmətini göstərəcək”.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər