12 Yanvar 2018 17:28
1 085
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elnarə Xəlilovanın verilişdən getməsinə səbəb konkret təqdimat məsələsi olmayıb.

Bu sözləri Teleqraf.com-a açıqlamasında müğənni Elnarə Xəlilovanın mətbuat katibi Ümidə Qəhrəman müğəninin “Lider” telekanalındakı “Xeyirli axşamlar” verilişindən ayrılmasının səbəbləri barədə danışarkən deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, Elnarə Xəlilova ilə verilişin yaradıcı heyəti arasında fikir ayrılıqları olub:

“Üstəlik, veriliş prodakşn layihəsi olub. “Lider” telekanalının verilişi deyil. Lider TV-nin Elnarəyə, Elnarənin də kanala çox böyük hörməti və sayğısı var.

Telekanalla Elnarə xanımın heç bir problemi olmayıb və yoxdur. “Lider” TV onun doğma və sevimli kanalıdır”.

Qeyd edək ki, Elnarə Xəlilovanın kanaldan ayrılmasına səbəb verilişin rəhbəri ilə yola getmədiyi göstərilib.

Bildirilir ki, müğənnidən verilişə dəvət edilmiş qonaqların birini xüsusi təmtəraqla təqdim etmək tələb edilib. O isə buna etiraz edib və deyib ki, həmin qonaq xüsusi təmtəraqla təqdim edilməyə layiq deyil. Bu məsələ isə kanal rəhbərliyi ilə müğənni arasında iplərin tamamilə qopmasına səbəb olub və müğənni Lider TV-dən ayrılıb. Həftə içi 5 gün yayımlanan “Xeyirli axşamlar” verilişini bu axşam müğənni Nazənin aparacaq.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər