13 Yanvar 2018 11:59
1 134
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yüksək ölüm riski daşıyan yuyucu toz dərmanları barədə həkimlər xəbərdarlıq edib.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, sosial mediada ən təhlükəli trendlərdən biri yayılıb.

Belə ki, gənclər yuyucu toz dərmanlarından istifadə edirlər. Yüksək ölüm riski daşıyan bu trend üçün həkimlər də xəbərdarlıq edib.

Mütəxəssislər bildirib ki, yetkinlik yaşlarındakı gənclər arasında “moda” olan sözügedən trend olduqca təhlükəlidir: “Çünki yuyucu toz vasitələrinin tərkibi zəhərli maddələrdən ibarətdir. Paltar və qab yumaq üçün istifadə olunan bu tozlar etanol, polimerlər və hidrogen peroksid tərkiblidir. Çox güclü və təhlükəli toksik təsirlidir”.

2017-ci ilin sonunda bir universitet tələbəsi tərəfindən özünü reklam etmək üçün "yuyucu tozu yemə!" adlı video hazırlayıb internetə yüklədikdən sonra qlobal trendə çevrilib. Təkcə bu il ərzində ABŞ Toksikologiya Mərkəzləri Assosiasiyasına yuyucu tozu yeyərək zəhərlənmiş 40 müraciət var.

Ötən il yuyucu toz dərmanı yeyən 10 nəfər ölüb.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər