4 Avqust 2014 18:52
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elektron Təhlükəsizlik Mərkəzi gücləndirlimiş iş rejiminə keçib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi (ETM) internet istifadəçilərinə növbəti xəbərdarlığını edib. Nazirlikdən Teleqraf.com-a daxil olan xəbərə görə, ETM-in xəbərdarlığında bildirilir ki, son günlər cəbhədə yaranmış gərginlik “informasiya müharibəsi”ndə də özünü büruzə verir.

Xəbərdarlıqda deyilir ki, Azərbaycan veb-resursları mütəmadi olaraq kiberhücumlara məruz qalır: “ “Mövcud şərait nəzərə alınaraq, yerli informasiya resurslarının sahibləri, müvafiq dövlət və özəl qurumlar tərəfindən informasiya təhlükəsizliyi məsələsinə, saytların dayanıqlı fəaliyyətinə daha ciddi diqqət yetirilməsi məsələsi gündəmdədir”.

ETM-dən o da bildirilir ki, Azərbaycan informasiya resurslarının təhlükəsizliyini təmin etmək məqsədilə mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir: “Belə ki, Kiberhücumlardan mühafizə üçün hər hansı insidentlə qarşılaşdığınız təqdirdə ETM-ə müraciət edin! Bu məqsədlə müraciət üçün ETM-in “qaynar xətt”indən (1654), e-poçt ünvanlarından (“[email protected]” və ya www.cert.az) faydalana bilərsiniz”.

SEVİL


Müəllif:

Oxşar xəbərlər