Türkiyənin Elazığ şəhərindəki Cümhuriyyət küçəsində yerləşən Azərbaycan Parkı və 1918-ci ildə Bakını Sentrokaspi Diktaturasının işğalından qurtarmış Nuri Killigilin (Nuri Paşa) rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun və azərbaycanlı şəhidlərin xatirəsinə parkda ucaldılmış abidə baxımsız vəziyyətdədir.
Teleqraf.com xəbər verir ki, Elazığda fəaliyyət göstərən “Kanal 23” televiziyasının “Media analiz” proqramının efirində bununla bağlı geniş süjet yayımlanıb.
Qeyd edək ki, parkın və abidənin açılışı 2011-ci ildə Elazığ-Bakı Mədəniyyət və Sənət Festivalı çərçivəsində keçirilib.
Proqramda o da bildirilib ki, park və abidə yenidən təmir edildikdən sonra həmin məkanda təkrar çəkiliş ediləcək və proqram hazırlanacaq.