16 Yanvar 2018 17:14
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:00

Şamaxı rayonunda palçıq vulkanı püskürür.

Vulkan gecə saat 1:00 radələrində rayonun Quşçu kəndində püskürməyə başlayıb və proses hazırda davam edir.

Kənd sakini Adəm Yusifov bildirib ki, insanlar gecə vulkanın gurultu səsinə oyanıb:

“Vulkan püskürməsi zamanı yerin altından xaric olan məhsullar təxminən 10 metr hündürlüyə qalxaraq 1.5 hektara yaxın əraziyə yayılıb. Hazırda vulkanın qaynamaları və palçıq axını davam edir. Ərazidən qaz iyi gəlir. Bu vulkan sonuncu dəfə 2005-ci ildə püskürmüşdü”.

Qeyd edək ki, vulkanın püskürdüyü ərazidən 20-30 mert aralıda Quşçu kəndinin sakinlərinə məxsus 15-ə yaxın ev var. Təbiət hadisəsi zamanı evlərə ziyan dəyməyib./APA/

***

Şamaxı rayonunun Quşçu kəndi ərazisində vulkan püskürməsi zamanı palçıq təxminən 60 kvadratmetr sahəyə yayılıb.

Nazirlikdən verilən məlumata görə, vulkan sönüb, hazırda vəziyyət sabitdir.

Nazirliyin əməkdaşları vulkan püskürən əraziyə baş çəkiblər və oradan faktik materiallar götürüblər. Sabah həmin materiallar təhlil olunacaq. Həmin bölgədə çoxlu sayda kiçik vulkanlar yerləşir. Bu da onlardan biridir. Vulkanın püskürmə məhsulu çox az əraziyə yayılıb və yaşayış evləri üçün təhlükə törətmir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər