18 Yanvar 2018 17:42
1 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

20 Yanvar – Hüzn günü bəzi yollar bağlanacaq.

Bunu Teleqraf.com-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, 20 Yanvar faciəsi qurbanlarının anım günüdə bəzi yollarda məhdudiyyətlər olacaq: “Yanvarın 20-də səhər saat 08:00-dən mərasim bitənədək Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti istiqamətində kəsişən küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.

Ziyarətə gələnlərin təhülkəsizliyinin təmini, onların fasiləsiz və təhlükəsiz hərəkətlərinin təşkili məqsədi ilə Mehdi Hüseyn küçəsi, Teleteatr binasının yanından, Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin, Mətbuat prospekti ilə Mikayıl Müşfiq dairəsinin, İzzət Nəbiyev və Abbasqulu Abbaszadə küçələrinin kəsişmələrindən Parlament prospekti-Şəhidlər Xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək”.

Vaqif Əsədov qeyd edib ki, həmin gün Parlament prospekti üzrə hərkət edən sürücülər alternativ yollardan istifadə etməlidirlər: “Onlardan xahişimiz budur ki, vəziyyəti düzgün qiymətləndirib alternativ yollardan istifadə etsinlər. Eyni zamanda ziyarətə qatılmaq istəyənlərə tövsiyəmiz budur ki, ictimai nəqliyyatla hərəkətə üstünlük versinlər”.

Polis polkovniki qeyd edib ki, 20 Yanvar günü 1 dəqiqəlik süküt olacaq: “Ərazidə xidmət aparan yol-polis əməkdaşlarının işarəsi ilə avtomobil sürücüləri avtomobili dayandıraraq səs siqnallarından istifadə etməlidir”.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər