19 Yanvar 2018 11:34
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci ildə 3.9 milyard ABŞ dolları vergiyə cəlb edilməyib.

Teleqraf.com xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev deyib.

Onun sözlərinə görə, bu vəsaitin 700 milyonundan çoxu lizinq əməliyyatları vasitəsilə vergiyə cəlb edilməyib:

“306 milyon dolların vergiyə cəlb edilməmənin səbəbi sahibkarlara təşviq səlahiyyəti verilməsi ilə bağlıdır. Bu siyahıya bir sıra təşkilatlarla bağladığımız azad ticarət zonalarından idxal edilən məhsullar, həmçinin humanitar yardımlar da daxildir. 460 milyon isə Nazirlər Kabinetinin müvafiq qərarları ilə bağlıdır”.

DGK sədri Aydın Əliyev isə bildirib ki, qanunsuz vergidən yayınma hallarına qarşı sərt tədbirlər həyata keçirilib.

“Son iki il ərzində digər ölkələrin gömrük idarələrinə qiymətləndirmə sənədləri ilə bağlı 1600-dən çox sənəd göndərmişik. Burada təəssüf ki, vergidən yayınma hallara rast gəlirik”.

Onun sözlərinə görə, son iki il ərzində digər ölkələrin gömrük idarələrinə qiymətləndirmə sənədləri ilə bağlı 1600-dən çox sənəd göndərilib: "Burada təəssüf ki, vergidən yayınma hallara da rast gəlirik”.

Sədr müavinin sözlərinə görə, ötən il 36-37 faiz rüsumlar dəyişdirilib, dəyişdirilən rüsümların yalnız 7 faizində qiymət qaldırılıb.

“İşlənmiş şinlərlə bağlı qiymət isə 3 ABŞ dollarından 10 dollara yüksəlib. Nazirlər Kabineti tərəfindən hər birimizin və uşaqlarımızın gələcəyi üçün işlənmiş şinlərin təhlükəsini nəzərə alınaraq bu qərar qəbul edilib. Bu qərar noyabrın ayında verilsə də, bugünə qədər rəsmi şikayət olmayıb. Bu müddət ərzində cəmi 3 nəqliyyat vasitəsi gətirilib. 150-200 nəfər isə Dövlət Gömrük Komitəsi önünə toplanıb, qərara etiraz edib.

Hesab edirik ki, bu artım bazar iqtisadiyyatı şəraitində heç bir məhdudiyyət yaratmır. Dövlət Gömrük Komitəsi tərəfindən işlənmiş təkərlərin idxalına heç bir məhdudiyyət yoxdur. Hökümət tərəfindən verilən qərar icra edilməlidir”.

Aydın Əliyev isə bildirib ki, Komitə hökumətə tabe qurum olduğundan qəbul edilmiş qərara əməl etməlidir:

“Qərar qəbul ediləndən 1 ay sonra qüvvəyə minir. Lakin qərar qəbul ediləndən 37 gün sonra bu cür etirazlar başladı. Müraciət edənlər 3 dollara aldıqları malı 10 dollara almaq istəmirlər. Lakin onu 50 dollara satırlar. Burada yeganə məqsəd gömrük orqanlarının fəaliyyətinə mənfi təsir göstərməkdir”.


Müəllif: Gülxar

Oxşar xəbərlər