Azərbaycanda nikaha daxil olmaq istəyənlərin müayinə oldunduğu xəstəliklərin sayının artlırılması, hepatit B və hepatit C-nin də müayinəsinin icbari olan xəstəliklərin siyahısına daxil edilməsi təklif edilib.
Bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev komitənin bugünkü iclasında çıxış edib.
“Nikahdan əvvəl bir necə xəstəlik üzrə məcburi müayinələr həyata keçirilir. Bunun olduqca yaxşı nəticələri var. Bu, gələcəkdə sağlam nəslin yetişməsində böyük rol oynayır. Təklif edərdim ki, hepatit B və hepatit C-nin də xəstəliklərinin müayinə paketinə daxil etmək üçün Ailə Məcələsinə dəyişiklik edək”./Trend/