23 Yanvar 2018 14:50
1 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il ərzində “Azəriqaz” İstehsalat Birliyində (İB) əmək şəraitinin yaxşılaşdırılması və əməyin mühafizə olunması, sağlamlığın qorunması, təhlükəsizlik və yanğın texnikası qaydalarının təmin edilməsi məqsədilə “Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi”nin, ekologiya qanunvericiliyinin, beynəlxalq standartların tələblərinə uyğun olaraq bir sıra işlər görülüb.

Teleqraf.com xəbər verir ki, bunu “Azəriqaz” İB-nin Baş direktoru Əkbər Hacıyev Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Birliyin struktur bölmələrində əmək şəraiti vəziyyətinin yoxlanılması məqsədilə müvafiq əmrlə yaradılmış Əməyin təhlükəsizliyi üzrə Daimi Fəaliyyət göstərən Komissiyanın (DFK) 2017-ci ilin iş planı əsasında 15 tabeli təşkilatda yoxlama keçirilib, aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı zəruri tədbirlər görülüb.

Qeyd edilən dövr ərzində Birliyin strukturuna daxil olan 15 tabeli təşkilatda 130 bənddən ibarət yoxlama proqramı əsasında əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi, ekologiya sahəsində və beynəlxalq standartların tətbiqi ilə əlaqədar aparılan işlərin icra vəziyyəti araşdırıb.

Həmçinin qəza-bərpa və təmir-tikinti işlərinin yerinə yetirilməsi zamanı əməyin müafizəsi və yanğın təhlükəsizliyinə riayət olunmasına nəzarət edilməsi məqsədilə yerlərdə reydlər keçirilib, nöqsanlara yol vermiş aidiyyəti işçilərə xəbərdarlıq kartları təqdim edilib:

"Birlik tərəfindən təmir-quraşdırlma və təmir-bərpa işləri aparılan zaman işçilər tərəfindən təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi vəziyyətinə nəzarət edilib, onların xüsusi geyim və fərdi mühafizə vasitələrindən istifadə etməsi daim diqqətdə saxlanılıb və ciddi qayda pozuntularına yol verilmiş tikinti sahələrində həmin pozuntular aradan qaldırılana qədər aparılan işlər müvəqqəti olaraq dayandırılıb".

Əkbər Hacıyevin sözlərinə görə, işçilərin təhlükəli və zərərli istehsalat amillərindən qorunması, zədələnmə hallarının və peşə xəstəliklərinin azaldılması üçün “Azəriqaz” İB-də çalışan işçilər 2017-ci ildə 2774 dəst xüsusi geyim, 1522 cüt xüsusi ayaqqabı, 6587 ədəd müxtəlif təyinatlı fərdi mühafizə və xilasedici vasitələrlə təmin edilib: “İB üzrə 268 zərərli hesab edilmiş iş yeri müəyyən edilib, həmin yerlərdə işləyən fəhlə və qulluqçulara pulsuz süd və ya eyni keyfiyyətə malik olan qida məhsullarının verilməsi qaydasına uyğun olaraq 2017-ci ildə 40409 litr süd məhsulu verilib".


Müəllif: Şəfiqə

Oxşar xəbərlər