24 Yanvar 2018 12:21
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Nicat Məlikovun cənazəsi Ağsu rayonuna yola salınıb.

Teleqraf.com xəbər verir ki, N.Məlikov doğulduğu Ağsu rayonunda dəfn ediləcək.

Yas mərasiminin isə Bakıda keçirələciyi bildirilir. Mərhumun "üç"ü cümə günü olacaq.

Qeyd edək ki, jurnalist 39 yaşında ürək tutmasından dünyasını dəyişib.

N.Məlikov dükana gedərkən qəfildən özünü pis hiss edib və keçinib.

Xatırladaq ki, o, jurnalist fəaliyyətinə “Zerkalo” qəzetində müxbir kimi başlayıb. Sonradan həmin nəşrin siyasət şöbəsinin müdiri vəzifəsində işləyib.

Bir müddət isə “Gündəlik Teleqraf" holdinqə daxil olan saytlarda çalışıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər