24 Yanvar 2018 13:38
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının hüdudları çərçivəsində isənilən məhsul alışı zamanı və xidmətin müqabilində ödənişlər milli valiyutamızla aparılır.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev bu gün sərnişinlərdən birinin 67 nömrəli marşrut sürücüsünə gediş haqqını 1 və 5 qəpiklərlə ödəmək istəyərkən həmin pulları qəbul etməməsi barədə sosial şəbəkədə yayılan xəbərlə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, hər birimiz qanunun bu tələbinə əməl etməyə borcluyuq: “Eyni zamanda hər birimizin borcudur ki, nominalından aslı olmayaraq milli valyutamıza qarşı hörmətlə yanaşaq. Bu sürücünün etdikləri birmənalı olaraq milli pul vahidinə, qəpiklərə qarşı hörmətsizlikdir. Artıq məsələ ilə bağlı müvafiq işlər görülür. Həmin xətt üzrə daşıyıcı da BNA çağırılıb.

İddia edildiyi kimi sürücü bu cür tərbiəsizliyə yol veribsə, mütləq daşıyıcı onunla bağlı tədbir görəcək. Bununla yanaşı bu faktı sosial şəbəkədə müzakirəyə çıxaranlara da ayrıca təşəkkür edirik”.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər