Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" postunda Azərbaycana piyada gələn İran vətəndaşı Alıpour Abbas Esmaeılin üzərində qanunvericiliyə uyğun şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, yoxlama nəticəsində həmin şəxsin daxili orqanından – düz bağırsağından gömrük nəzarətindən gizlədilən, 6 ədəd selofan bükümdə ümumi xalis çəkisi 57,20 qram olan “Metamfetamin” adlı psixotrop maddə aşkar olunub.
Aşkar edilən psixotrop maddə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”in I Siyahısına daxildir.
Faktla bağlı araşdırma aparılır.