26 Yanvar 2018 23:12
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda dövlət qeydiyyatına alınmış kütləvi informasiya vasitələrinin sayı 5200-ə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə yanvarın 26-da ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə Nazirliyin struktur qurumlarının, yerli və regional ədliyyə idarələrinin rəhbərlərinin, QHT və KİV nümayəndələrinin iştirakı ilə keçirilən 2017-ci ildə ədliyyə orqanları tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclasında bildirilib.

Yığıncaqda həmçinin qeyd olunub ki, vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan və Nazirlik tərəfindən dövlət qeydiyyatına alınmış qeyri-kommersiya təşkilatlarının ölkədə ümumi sayı 4180 təşkil edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər