26 Yanvar 2018 22:58
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Chess" superturniri davam edir.

Teleqraf.com-un məlumatına görə, bu gün start götürən XI turda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb.

Günün ən maraqlı oyununda heç-heçə qeydə alınıb. Bununla da xallarını 7,5 çatdıran qrossmeysterlər şərikli liderə çevriliblər.

Qeyd edək ki, 7 xala malik Aniş Giri XI tur çərçivəsində ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər