27 Yanvar 2018 16:57
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Prezidentin cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı tapşırıqları prokurorluq orqanlarında uğurla icra edilir".

Teleqraf.com-un məlumatına görə, bu barədə Baş prokuror Zakir Qaralov Baş Prokurorluqda keçirilən kollegiya iclasında bildirib.

Baş prokuror qeyd edib ki, ötən il Respublikamızda insan hüquqlarının daha səmərəli təmin olunması, hüquq və qanunvericilik sisteminin inkişafının yeni mərhələsi sayıla biləcək Ölkə Başçısının “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli proqram xarakterli Sərəncamının bu istiqamətdə görülən işlər üçün yol xəritəsi əhəmiyyətinə malikdir: “Ölkəmizdə uzun illər cinayətkarlığa qarşı aparılan barışmaz və effektiv mübarizənin məntiqi nəticəsi kimi qəbul edilmiş sərəncamın əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən humanist siyasətin növbəti təzahürüdür”.

Z. Qaralov sərəncamdan irəli gələn, prokurorluq orqanlarının üzərinə düşən vəzifələrin tam və dəqiq yerinə yetirilməsi, cəza siyasətinin liberallaşdırılması, cinayət təqibi ilə əlaqədar fəaliyyətin səmərəli təşkil edilməsi məqsədilə konkret tapşırıqlar verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər