29 Yanvar 2018 11:51
1 106
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzinin Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün keçirdiyi test imtahanında 1266 nəfər nəticə göstərə bilməyib. Bu, ciddi rəqəmdir.

Bunu Teleqraf.com-a təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, imtahanda iştirak edən 1873 namizəddən yalnız 607 nəfəri müsabiqə şərtini ödəyərək, yəni 60 və daha yüksək bal toplayaraq müsahibə mərhələsinə buraxılıb: “1266 nəfər nəticə göstərə bilməyib və aydın olub ki, bal toplamayan toplayanlardan iki dəfə çoxdur. Özü də hansı 1266 nəfər?.. Yüksək balla hüquq fakültəsinə qəbul olan, prezedent təqaüdü alan, hətta fərqlənmə diplomu ilə universiteti bitirən şəxslərdən söhbət gedir. Məlumdur ki, hüquq fakültəsinin keçid balı bütün digər ixtisaslardan yüksəkdir”.

Kamran Əsədovun sözlərinə görə, bundan belə nəticə çıxır ki, test imtahanının nəticələri bilik göstəricisi deyil: “Ali məktəblərə qəbul təkcə test imtahanı ilə məhdudlaşmamalıdır. Digər tərəfdən, ali təhsil müəssisələrini əmək bazarının tələblərinə uyğun, minimum biliklərə malik kadr hazırlığı həyata keçirmir”.

Qeyd edək ki, yanvarın 28 də Dövlət İmtahan Mərkəzi tərəfindən Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirilib.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər