29 Yanvar 2018 13:54
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmlak Məsələləri Dövlət Komitəsi 2017-ci ildə İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 1103 hal üzrə inzibati protokol tərtib edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Komitə sədri Kərəm Həsənov 2017-ci ildə görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə məlumat verib.

Komitə sədri bildirib ki, indiyədək 2200-ə yaxın inzibati protokol tərtib edilib. Kənd təsərrüfatı məqsədi ilə 206 min hektara yaxın torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib. Aqrar sahənin inkişafı məqsədilə ötən il təyinatı dəyişdirilən 82 min hektar torpaq sahəsində 23 aqropark yaradılıb.

2017-ci il ərzində ölkə üzrə 200 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. 170 minə yaxın daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasport tərtib edilib.

Müşavirədə qeyd edilib ki, elektron kadastr uçot işi bitmiş rayonlardan il ərzində 13 rayonun hüdudları daxilində 337 bələdiyyə xəritələri hazırlanıb.

Respublikanın 52 şəhər və rayonu, o cümlədən, 156 qəsəbə və 1533 kənd yaşayış məntəqəsi üzrə 32 mindən artıq küçə və prospekt, 600 mindən artıq giriş ünvan nömrələri Ünvan Reyestri İnformasiya Sisteminə daxil edilib.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər