Türkiyə Silahlı Qüvvələri Afrində “Zeytun budağı” əməliyyatını uğurla davam etdirir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, əməliyyatların 12-ci günündə PKK/KCK/PYD-YPG və İŞİD-ə aid 63 terrorçu öldürülüb.
Ümumilikdə isə döyüşlər zamanı öldürülən terrorçuların sayı 712-yə çatıb.
Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilən hücum zamanı PKK/PYD/YPG və İŞİD terror təşkilatlarına məxsus sığınacaq, silah və sursat anbarları kimi istifadə edilən 22 hədəf məhv edilib. Əməliyyatdan sonra qırıcılar tam tərkibdə bazaya geri dönüb.