Məzarlıqlarla bağlı qaydalar yaxın vaxtlarda təsdiqlənəcək.
Bunu Baş nazirin müavini Əli Əhmədov deyib.
O qeyd edib ki, məzarlıqlarla bağlı qaydaların son variantı ilə bağlı müxtəlif yanaşmalar olub:
"Bununla əlaqədar bütün fərqli baxışlar uyğunlaşdırılıb. Yaxın vaxtlarda sənəd imzalanacaq"./Trend/