1 Fevral 2018 16:42
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Əmək və Sosial Müdafiə naziri xanım Jülidə Seriyeroğlunun başçılıq etdiyi nümayəndə heyəti Fəxri Xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

Teleqraf.com xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üstünə tər güllər düzülüb.

Şəhidlər Xiyabanına gələn nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül-çiçək dəstələri, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Daha sonra Türk Şəhidliyi abidəsi ziyarət olunub və abidə önünə əklil qoyulub.

Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən qonaqlara Şəhidlər Xiyabanının tarixi, şəhərimizdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər