2 Fevral 2018 12:08
2 187
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:39

Dövlət İmtahan Mərkəzi 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasinin ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul elan edib.

Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavr 2018-ci il fevralın 2-dən 12-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir.

Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə fevralın 2-dən 12 dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir (etdirir).

Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. İmtahanın birinci mərhələsi fevralın 25-də, ikinci mərhələsi isə iyunun 3-də keçiriləcək. Birinci mərhələdə bakalavrların ümumi intellektinin (məntiqi təfəkkürunün) inkişaf səviyyəsi, informatika fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə onların ixtisas fənləri üzrə bilikləri yoxlanılır.

Birinci mərhələdə bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsinin yoxlanılması üçün 50 (o cümlədən açıq formalı 5), informatika üzrə 25 (o cümlədən açıq formalı 5) və xarici dil üzrə 25 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunacaq.

Ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi imtahanındakı nəticələri Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. Bu bakalavrlar mayın 7-dən 17-dək olan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər. Bakalavrlar imtahanın ikinci mərhələsində test tapşırıqları və ya yazı işi yerinə yetirməli, xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalar üzrə ixtisas magistraturasına qəbul olmaq istəyənlər isə yalnız qabiliyyət imtahanı verməlidirlər. İmtahan suallarının cavablandırılmasına imtahanın birinci mərhələsində 2 saat 30 dəqiqə, ikinci mərhələsində isə 1 saat 30 dəqiqə vaxt ayrılır.

Magistraturaya qəbul olmaq üçün ixtisaslaşma seçimi ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələri elan olunduqdan sonra aparılır. Bakalavrların seçdikləri ixtisaslaşmalar üzrə müsabiqə iki mərhələdə keçirilən imtahandan topladıqları ümumi bal (balların cəmi) əsasında aparılır.
Magistraturaya müsabiqə yolu ilə qəbul yalnız imtahanda toplanılan ballara əsasən aparılır. Bakalavrların ixtisaslaşmalara yerləşdirilməsi onların öz ərizələrində qeyd etdikləri ixtisaslaşmaların ardıcıllığı, dövlət sifarişi ilə qəbulun proqnozu nəzərə alınmaqla ixtisaslaşmalar üzrə vakant yerlərin sayı çərçivəsində həyata keçirilir. Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ilk ixtisaslaşmaya yerləşdirilir.

***

2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına qəbul imtahanın ikinci mərhələsinin keçiriləcəyi tarix məlum olub.

Magistraturaya qəbul imtahanının ikinci mərhələsi 3 iyunda keçiriləcək.

Bu mərhələdə bakalavr­ların ixtisas üzrə bilikləri seçdikləri proqrama əsasən test üsulu ilə onlara 50 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunmaqla yoxlanılacaq.

Müəyyən qəbul proqramlarını seçən bakalavrlar ixtisas üzrə test imtahanının əvəzinə yazılı imtahan verməli, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına qəbul olmaq istəyən bakalavrlar isə qabiliyyət imtahanı verməlidirlər. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına qəbul olmaq istəyən və imtahanın 1-ci mərhələsinin müsabiqə şərtini ödəmiş bakalavrlar 2018-ci il mayın 7-dən 17-dək keçiriləcək proqram seçimi zamanı Dövlət İmtahan Mərkəzinin internet saytında müvafiq proqramları seçməlidirlər. Bakalavrlar bitirdikləri bakalavr ixtisasından asılı olaraq, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına aid 68, 69 və 70 saylı qəbul proqramları ilə yanaşı, nəzəri ixtisaslaşmalar üzrə 37, 50, 53 və 74 saylı proqramları da seçə bilərlər.

Nəzəri ixtisaslaşmaları seçən bakalavrlar 2018-ci il iyunun 3-də magistraturaya qəbul imtahanının II mərhələsində müvafiq proqramlar üzrə test imtahanı və ya yazılı imtahan verməli, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasını seçən bakalavrlar isə 4 – 5 iyun 2018-ci il tarixində qabiliyyət imtahanına buraxılış vərəqəsini çap edib götürməli və 2018-ci il iyunun 6-dan 8-dək vərəqədə göstərilən ünvanda qabiliyyət imtahanında iştirak etməlidirlər.

İmtahanın mərhələləri və onlara ayrılan vaxt

Bakalavrın yerinə yetirdiyi işlər və onların vaxtı

Yoxlanılan keyfiyyət

Test tapşırıqlarının sayı

I mərhələ (bakalavrın ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil üzrə biliklərinin qiymətləndirilməsi imtahanı) (imtahana ayrılan vaxt 2 saat 30 dəqiqə)

Elektron ərizənin doldurulub təsdiq edilməsi

(02 - 12.02.2018)

İmtahana buraxılış vərəqəsinin çap edilməsi

(21 - 24.02.2018)

Qəbul imtahanı (25.02.2018)

Ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsi

50 (o cümlədən
açıq formalı 5)

İnformatika üzrə biliklər

25 (o cümlədən
açıq formalı 5)

Xarici dili bilmə səviyyəsi

25 (o cümlədən
açıq formalı 5)

II mərhələ

(ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) (imtahana ayrılan vaxt 1 saat 30 dəqiqə)

Qəbul proqramının seçimi və təsdiq edilməsi

(07 - 17.05.2018)

İmtahana buraxılış vərəqəsinin çap edilməsi

(30.05 - 02.06.2018)

Qəbul imtahanı (03.06.2018)

İxtisas üzrə biliklər

50*(o cümlədən
açıq form

***

2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına qəbul olmaq üçün müsabiqə şərtləri açıqlanıb.

Müsabiqə şərtləri Dövlət İmtahan Mərkəzinin (DİM) çap etdiyi “Magistr” jurnalının 2-ci sayında öz əksini tapıb.

Magistraturaya qəbul olmaq üçün müsabiqə şərtləri aşağıdakı kimidir:


Müəllif: Şəfiqə

Oxşar xəbərlər