2 Fevral 2018 11:50
1 133
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:08

Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşlarının sxemi” təsdiq edilib.

Bu barədə baş nazir Artur Rasi-zadə sərəncam imzalayıb.

Sərəncama əsasən, həmçinin həmin müəssisələrdə çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış baş ustalar, istehsalat təlimi ustaları, gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri, fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşlarının sxemi təsdiq edilib.

Sənədə görə, dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 500 manat, direktorun müavinlərinin, baş mühasiblərinin aylıq vəzifə maaşı 450 manat və dərs hissə müdirlərinin aylıq vəzifə maaşı 400 manat müəyyən edilib.

Diaqnostik qiymətləndirilmədən keçmiş ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan ali təhsilli müəllimin bir stavka dərs yükü 18 saat olmaqla, aylıq vəzifə maaşı pedaqoji stajı 3 ilədək olduqda 350 manat, pedaqoji stajı 3 ildən 8 ilədək olduqda 375 manat, pedaqoji stajı 8 ildən 13 ilədək olduqda 395 manat, pedaqoji stajı 13 ildən 18 ilədək olduqda 420 manat, pedaqoji stajı 18 ildən çox olduqda 450 manat olacaq.

Diaqnostik qiymətləndirilmədən keçmiş ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan orta ixtisas təhsilli müəllimin bir stavka dərs yükü 18 saat olmaqla, aylıq vəzifə maaşı pedaqoji stajı 3 ilədək olduqda 320 manat, pedaqoji stajı 3 ildən 8 ilədək olduqda 335 manat, pedaqoji stajı 8 ildən 13 ilədək olduqda 350 manat, pedaqoji stajı 13 ildən 18 ilədək olduqda 370 manat, pedaqoji stajı 18 ildən çox olduqda 400 manat olacaq.

Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşlarına qrup rəhbərliyinə görə 50 manat əlavə ödəniləcək.

Təhsil Nazirliyinə iki ay müddətində dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində nəticələrə əsaslanan maliyyələşmə sisteminin yaradılması üçün meyarları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən etmə tapşırığı verilib.

Bildirilir ki, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, həmçinin Maliyyə nazirlikləri bu qərardan irəli gələn məsələləri həll etməlidir./APA/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər