2 Fevral 2018 13:13
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Orfoqrafiya Komissiyası və Dilçilik İnstitutu Orfoqrafiya qaydaları layihəsinin ictimai müzakirəsinin vaxtının uzadılmasına qərar verib.

Teleqraf.com xəbər verir ki, bunu Report-a açıqlamasında Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli deyib.

O bildirib ki, müzakirələrin vaxtı təxminən bir ay uzadılıb: "Fevralın sonu, martın əvvəlinədək müzakirlərin davam etməsi və mart ayında təkmilləşmiş variantın hazırlanması planlaşdırılır. Son variant hazır olandan sonra layihə təsdiqlənməsi üçün Nazirlər Kabinetinə göndəriləcək".

B.Məhərrəmli qeyd edib ki, müzakirələr davam etdiyi müddətdə təkliflər verilə bilər: "Təkliflərə açığıq, hələ müzakirələr gedir. İndiyə qədər Komissiya 214 təklif qəbul edib. Bütün təkliflər qeydə alınır, hamısı nəzərə alınacaq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər