3 Fevral 2018 10:51
498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı işə başlayıb.

Teleqraf.com xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev bildirib ki, arıçılığın problemləri dövlət rəhbərliyi səviyyəsində məlumdur və problemlərə yönələn tapşırıqlar verilib, bunların həlli üçün işlər görüləcək: "Arı ailəsinə görə subsisidya verilməsi təcrübəsindən istifadə edilməsi tapşırığı bu sahəyə diqqətin nümunəsidir".

O bildirib ki, hazırda arıçılıqda güzəştli kreditləşmənin təmin olunması üçün işlər aparılır: "Elə yüngül mexanizmlər hazırlanmalıdır ki, maliyyələşmə arıçılar üçün əhəmiyyətli və çevik olsun. Çünki arıçılıq az investisiya tutumu olan və mövsumi sahədir".

Şöbə müdiri müvafiq Strateji Yol Xəritəsində arıçılıq üzrə ayrıca maddə olmasının bu sahənin diqqət mərkəzində olmasını deməyə imkan verdiyini qeyd edib.

Nazirlik rəsmisi FAO-nun Bakıdakı əlaqələndirmə ofisinin köməyi ilə arıçılığın inkişafı ilə bağlı layihəsinin həyata keçirilməsinin planlaşdırıldığını vurğulayıb. Layihə istehsal sahəsində problemlərin həllini nəzərdə tutucaq.

Onun sözlərinə görə, arıçılıqda təşkilatlanma daha yaxşıdır: “Yaxın illərdə Azərbaycanın arıçılıq üzrə beynəlxalq təşkilata üzv olacağına ümid edirik”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2014-2018-ci illər) icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında bildirib ki, arıçılığın inkişaf etdirilməsi məqsədilə hər arı pətəyinə görə dövlət tərəfindən 10 manat subsidiya veriləcək.

Konfrans sabah da davam edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər