Dumanlı hava şəraitində sürücülər daha ehtiyatlı olmalıdırlar.
Bunu Teleqraf.com-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, hazırda yollarda duman çəkilib: “Amma paytaxt ərazilərində qatı duman müşahidə olun zaman sürücülər diqqətli olmalıdırlar. Görüntü zəif olan yollarda mütləq duman işıqlarından istifadə etməlidirlər. Eyni zamanda minimum sürət həddi seçməlidir”.