İki il əvvəl də fevral ayında bu cür hava şəraiti müşahidə olunub.
Bunu Teleqraf.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, 2016-cı ildə Bakıda havanın temperaturu fevral ayında hətta 14-17, bəzi yerlərdə 20 dərəcəyə çatmışdı:
“Bu ayın birinci 10 günlüyündə paytaxtda qarın yağması gözlənilmir. Bölgələrə isə qar yağıb”.
Gülşad Məmmədova bildirib ki, hazırda paytaxtda cənub küləyi əsir:
“Gün ərzində havanın temperaturu 7-11 dərəcə arasında dəyişir. Bu gün axşamdan sabah gündüz saatlarınadək paytaxtda şimal küləyi güclənəcək”.