Qida Təhlükəsizliyi Agentliyinin mərkəzi icra hakimiyyəti orqanı statusunda “İnzibati orqanların Təsnifatı”na daxil edilməsi alqışa layiq qərardır.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, agentliyə mərkəzi inzibati orqan status verilməsi tamimilə məqsədəuyğun addımdır: “Ərzaq bazarının bəzi probemli sektorları var. Məsələn, murdar ətlərin, leşlərin satılması əleyhinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi uğurlu mübarizə aparır. Digər orqanların bu sahədə hər hansı səmərələi işi gözə dəymir.
Ona görə Qida Təhlükəsizliyi Agentliyinə o cür səlahiyyət verilməsi, düşünürəm ki, 20 ildən çoxdur ölkədə baş verən neqativ halların sonuna gətirib çıxaracaq”.
Birlik sədri bildirib ki, 15 ildən artıqdıryodsuz duz problem həll olunmamış qalır: “Bütün dövlət orqanlarına müraciət etmişik. Yollara səpilən düzlar camaata satılır. Mən keçən həftə agentliyə şikayət göndərdim. Həmin duzları satan müəssisələrin ünvanlarını da göndərdim. Düşünürəm ki, bu məsələlərə son qoyular.
Dərman sektorunda da ciddi problemlər yaşanır. Şəkər xəstəliyinə qarşı üç cür dərman preparatları var ki, onlar Braziliya və Ukraynada dövlət tərəfindən qəbul olunmayıb. Bizdə isə qeydiyyata alınıb və satılır. Fikrimcə, təhlükəli dərmanlarla mübarizə aparmaqda da agentliyin rolu olacaq”.
Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyinin statusu müəyyənləşib və Nazirlər Kabineti bununla bağlı “İnzibati orqanların Təsnifatı”nda dəyişiklik edib.
Qida Təhlükəsizliyi Agentliyi (Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələri) mərkəzi icra hakimiyyəti orqanı statusunda “İnzibati orqanların Təsnifatı”na daxil edilib.
Şəfiqə Nazimqızı