6 Fevral 2018 23:42
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş toplantı keçirilib.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, səhiyyə naziri Oqtay Şirəliyev son 14 il ərzində Azərbaycan səhiyyəsinin keçdiyi böyük inkişaf yolundan danışaraq qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində 642 yeni və əsaslı təmir olunmuş səhiyyə müəssisəsi istifadəyə verilib. Regionlarda müasir avadanlıqlarla təchiz edilmiş diaqnostika mərkəzləri inşa edilib. Bu il Qubada, Şəmkirdə, Goranboyda, Qazaxda, Naftalanda və Qobustanda müasir səhiyyə müəssisələrinin istifadəyə verilməsi nəzərdə tutulub. Gələn il Füzuli və Qəbələ rayonlarında da həmin müəssisələrin istifadəyə verilməsi planlaşdırılır.

Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinin baş həkimi Kəmalə Qurbanova qeyd edib ki, muxtar respublikada müstəqillik illərində 266 səhiyyə obyektinin tikilərək və ya yenidən qurularaq istifadəyə verilməsi barədə danışıb. O, kütləvi müayinə tədbirləri barədə məlumat verərək bildirib ki, təhsil müəssisələrində yaz və payız aylarında şagirdlərin pediatr, oftalmoloq, stomatoloq, ortoped tərəfindən kütləvi tibbi müayinəsi aparılır. Şagirdlər arasında ilkin vərəm intoksikasiyasını vaxtında aşkarlamaq məqsədilə əvvəlki illərdə Mantu sınağı, ötən ildən isə diaskintest müayinəsi tətbiq olunub.

Neftçala Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Telman Zahidov keçən il başa çatdırılan əsaslı təmir və yenidənqurmadan sonra rayonun səhiyyə müəssisələrində əhaliyə göstərilən tibbi xidmət, Bərdə Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Həsən Hüseynov 2009-cu ildə rayonda istifadəyə verilən Müalicə-Diaqnostika Mərkəzi, Gəncə Regional Perinatal Mərkəzinin direktoru Nəzakət Həsənova perinatal yardımın keyfiyyətinin yaxşılaşdırılması və həmin xidmətdə çalışan tibb işçilərinin peşə biliklərinin artırılması, Astara Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Əlövsət Əliyev rayonda əsaslı təmir edilmiş xəstəxananın iki korpusunun istifadəyə verilməsi və tibbi dispanserizasiya tədbirləri haqqında ətraflı məlumat veriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər