7 Fevral 2018 12:26
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 7-də Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ərkan Özoral ilə görüşüb.

MN-dən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Azərbaycanın və Türkiyənin orduları arasında əlaqələrin hazırkı vəziyyəti, əməkdaşlığın inkişaf perspektivləri, regiondakı hərbi-siyasi durum və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Tərəflər hər iki ölkənin orduları nümayəndələrinin qarşılıqlı səfərlərinin, həmçinin hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın davam etdirilməsinin zəruriliyini xüsusi qeyd ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər