8 Fevral 2018 13:09
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabahdan Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasına yaxın olacaq.

Bunu Teleqraf.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib

Direktor bildirib ki, yaxın günlər ərzində havanın temperaturunda mühim dəyişiklik gözlənilmir:

“Dünən Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 1-2 dərəcə yüksək olub. Dünən və bu gün sabit hava müşahidə olunurdusa, sabahdan ölkə ərazisində bəzi yerlərdə yağış yağması ehtimal olunur”.

Gülşad Məmmədova qeyd edib ki, respublika ərazisində mülayim şərq küləyinin üstünlüyü müşahid olunacaq.

Bakıda və Abşeron yarımadasında fevralın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 2-5, gündüz 7-9, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 9-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər