8 Fevral 2018 14:14
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərində ictimai nəqliyyatda nağdsız ödəniş “BakıKart” vasitəsi ilə həyata keçirilir və yaxın vaxtlarda bu sistemlə bağlı hər hansı bir dəyişiklik, eləcə də alternativ ödəniş üsullarının tətbiqi ilə bağlı hansısa yenilik nəzərdə tutulmayıb.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev deyib.

Onun sözlərinə görə, bu gün yerli elektron kütləvi informasiya vasitələrində bu mövzuda yayılan məlumat həqiqəti əks etdirmir:

“Qeyri müəyyən mənbəyə istinadən verilən məlumatın müvafiq dövlət qurumunun mövqeyi olmadan yayılması təəssüf doğurur.

KİV nümayəndələrindən qeyri-müəyyən mənbələrdən əldə etdikləri məlumatlar əsasında xəbər hazırlayarkən müvafiq dövlət qurumları ilə dəqiqləşdirmələr aparmalarını xahiş edirik”.

Qeyd edək ki, qarşıdakı aylarda ictimai nəqliyyatda təmassız gedişhaqqı ödənilməsi mümkün olacağına dair xəbərlər yayılmışdı.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər