6 Avqust 2014 12:20
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçimi başa çatıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) əməkdaşı Emin Məmmədovun Teleqraf.com-a verdiyi xəbərə görə, 35995 abituriyent qəbul olmaq istədiyi ixtisasları seçərək öz elektron ərizəsində təsdiqləyib.

Qeyd edək ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul planı 2014-cü il üçün 37 min 956-dır. Ötən il isə bu rəqəm 36537 olub. Bu ilki yerlərin sayı ötən illə müqayisədə 3,88 faiz çoxdur.

Bu il I qrupa 12052, II qrupa 10969, II qrupa 10453, IV qrupa isə 4482 yer ayrılıb.
2013-cü ildə I qrup üzrə 11596, II qrup üzrə 10094, III qrup üzrə 10397, IV qrup üzrə isə 4450 yer ayrılıb.

Emin Məmmədov bildirdi ki, əlavə yerləşdirmə (bakalavriat) və orta ixtisas təhsili müəssisələrinə (tam orta təhsil bazasında) ixtisas seçimi avqustun 8-dən 13-dək aparılacaq.

SEVİL


Müəllif:

Oxşar xəbərlər