Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşına məxsus "Vest" markalı siqaret qutusuna baxış keçirilib.
Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, yoxlama zamanı siqaret qutusunun içərisindəki bükülü vəziyyətdə olan falqalı kağızın alt hissəsində gömrük nəzarətindən gizlədilən, 4 ədəd selofan bükümlərdə, ümumi xalis çəkisi 0,312 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.