Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində 7-ci sinif şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən 11-ci sinif şagirdi C. R. Bakı İstintaq Təcridxanasına köçürülüb.
Teleqraf.com xəbər verir ki, fevralın 11-də Səbail rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İstintaq dövründə C. R. Bakı İstintaq Təcridxanasında saxlanılacaq.
Məlumata görə, C. R. istintaqa verdiyi ilkin ifadəsində törətdiyi əməli etiraf edib. O, əməlindən peşman olduğunu deyib.
İttihama görə, Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksiin 11-ci sinfində oxuyan C. R. 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında cinsi əlaqədə olib.
Bunu telefona çəkərək sosial şəbəkələrdə yayıb. Baş vermis hadisə ilə bağlı aidiyyəti orqanlara şikayət daxil olub.
Onun barəsində Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə zərərçəkmiş azyaşlı qız da istintaqa dəvət edilərək ifadəsi alınıb.
Günahı sübuta yetiriləcəyi təqdirdə onu 8 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Hazırda Bakı şəhər Prokurorluğunda istintaq hərəkətləri davam etdirilir.