12 Fevral 2018 12:44
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu məsələdə valideynlərin məsuliyyətini kənara qoymaq olmaz.

Bunu Teleqraf.com-a Azərbaycan Uşaqlar Birliyinin sədr müavini Vasif Akifli Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksiin baş vermiş hadisəyə münasibət bildirərkən deyib.

Vasif Akifli hesab edir ki, məsələdə məsuliyyət birbaşa valideynlərin üzərinə düşür:

“Onlar uşaqlarla intim söhbətindən qaçırlar. Bir dəfə uşaqların cinsi tərbiyəsi ilə bağlı canlı efirə çıxmışdıq. Mən orda uşaqların cinsi tərbiyəsindən danışdım, sosial şəbəkələrdə məni tənqid atəşinə tutdular. İnsanlar öyrənmək istəmirlər, təəssüf ki, öyrənmək istəmədikləri hadisələrin də qurbanına çevrilirlər.

Valideynlər bu cür mövzularda övladları ilə danışmaqdan qaçırlar. Bizim cəmiyyətdə ailələr övladları ilə çox nadir hallarda intim mövzularda söhbət aparırlar. Bu yaşda olan oğlan və ya qız öz bədən quruluşunu, fiziki və mənəvi tələbatlarını bilsə, hadisələr bu həddə gəlib çatmaz”.

Vasif Akifli bildirib ki, qız uşaqları ana ilə ünsiyyətdə olmalıdır: “O uşaq bu yaşda qurbana çevrilirsə, onun məsuliyyətini birbaşa ana daşıyır. Çünki o, övladı ilə söhbət aparmayıb. Görüntülərdə zorakılıq yoxdur. Günah uşağı o həddə gətirənlərdədir. Qız zorakılıq və kontakt nədir bilməyən yaşdadır. Nə qədər pafoslu danışacaq, kitab-dəftər maarifləndirməsi aparacağıq, 12 -13 yaşlı qızlar məktəblərdə zorakılıq qurbanı olacaqlar”.

Qeyd edək ki, Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksinin 11-ci sinif şagirdi 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında intim əlaqədə olib və bunu telefona çəkərək sosial şəbəkələrdə yayıb.

Onun barəsində Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər