Bayıl yamacında sürüşməyə meyilli ərazi təxminən 7 hektarı əhatə edir.
Bunu Teleqraf.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Onun sözlərinə görə, 2004-ci ildə aparılmış araşdırmada Bayıldakı sürüşməyə meyilli ərazinin sərhədləri müəyyən edilib: “Hazırkı sürüşmə prosesi həmin konturlar daxilindədir. Bu o demək deyil ki, 7 hektarın hamısı sürüşüb gedir. Həmin sahənin içərsində müəyyən bir blok ayrılıb, sürüşüb və dərə istiqamətində hərəkət edir”.
Əziz Qaralov bildirib ki, Teleqülləninin yaxınlığında çoxsaylı və çoxistiqamətli çatlar, qopmalar baş verib: “Elə çatlar var ki, dərinliyi 10-12 metrə çatıb, ərazidə eni 1 metr olan çatlar daha çoxdur.
Çatlar müəyyən istiqamət üzrə irəliləyib. Amma onların enini dəqiq ölçmək çox çətindir. Əraziyə hazırda daxil olmaq təhülkəlidir”.