Azərbaycan ordusunun nümayəndələri Türkiyədə səfərdədir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Ankarada terrorizmlə mübarizə üzrə ardıcıl tərcümə metodologiyası kursları başlayıb.
Kurs fevralın 16-dək davam edəcək.
Bundan başqa, Almaniyanın Qarmiş-Partenkirxen şəhərində terrorizmlə mübarizə sahəsində ardıcıl tərcümə metodologiyası kursları keçirilir.
Fevralın 23-dək davam edəcək tədbirdə Azərbaycan ordusunun nümayəndələri də iştirak edirlər.