14 Fevral 2018 10:38
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daha bir müntəzəm marşrut xətti üzrə gediş haqqının ödənişi “BakıKart” vasitəsi ilə həyata keçiriləcək.

Bakı Nəqliyyat Agentliyindən Teleqraf.com-a verilən məlumata görə, fevral 17-dən 52 nömrəli müntəzəm marşrut xəttindən (Binəqədi rayonu, M.Kazımovski küçəsi-Səbail rayonu, Ə.Cavad küçəsi) istifadə edən sərnişinlər gediş haqqını “BakıKart” vasitəsi ilə ödəyəcəklər.

Hazırda paytaxtda 21 marşrut xətti üzrə avtobuslarda gediş haqqı nağdsız formadadır.


Müəllif: İlhamə Əbülfət