15 Fevral 2018 15:17
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Tiflis-Qars dəmir yolu ilə sərnişin daşınma 2018-ci ilin sonuna kimi reallaşmalıdır.

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova deyib.

Onun sözlərinə görə, dəmir yolu ilə sərnişin daşınmanın həyata keçiriləcək konkret tarix məlum deyil:

“Bu ilin sonuna kimi reallaşmalıdır. Qiymətlər də Bakı-Tiflis-Qars dəmir yolu sərnişinlər üçün istifadəyə veriləcəyi vaxt müəyyən olunacaq.

Qeyd edim ki, BTQ dəmir yolunun ilk sərnişinləri KİV nümayəndələri olacaq”.

Sevinc Qədirova qeyd edib ki, BTQ dəmir yolu vasitəsilə 2017-ci ilin oktyabr ayından etibarən yük daşınması həyata keçirilir.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər