Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov tələbələri müxtəlif nominasiyalar üzrə qiymətləndirərkən qeyri-adi addım atıb.
Teleqraf.com xəbər verir ki, o, 2 tələbəni – Famil Babayev və Abusupyan Adıyevə xüsusi mükafat verəcəyini deyərək onlara zəngli saat hədiyyə edib.
Həmin tələbələr BANM-in dərslərə ən çox gecikən tələbələridir.
Rektor zəngli saatlarla tələbələrin bir də heç vaxt dərsə gecikməyəcəyinə inandığını bildirib.