16 Fevral 2018 12:34
1 219
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Neftçilər Xəstəxanasına yeni direktor təyin edilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Teleqraf.com-a Hikmət Həşimovun Mərkəzi Neftçilər Xəstəxanasına yeni direktor təyin edilməsi ilə bağlı xəbəri təsdiqləyib.

Hikmət Həşimov Bakı Sağlamlıq Mərkəzinin keçmiş müdiri olub.

Xatırladaq ki, dünən Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyova tutduğu vəzifədən azad edilib və 7 saylı doğum evinin baş həkimi təyin olunub.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər