Azərbaycanda tektonik zonalarda əsaslı dəyişikliklərin müşahidə olunması o demək deyil ki, güclü zəlzələ gözlənilir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, dəyişikliklər hər zaman olur:
“Narahatlığa əsas yoxdur. Dəyişikliklər Yer daxilində litosferdə gedən proseslərlə bağlıdır. Bölgələrdə vaxtaşırı zəif təkanlar olur. Problem yoxdur”.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ətraf mühitin vəziyyəti haqqında aylıq bülletenində bildirilib ki, respublika ərazisi və ona qonşu tektonik zonaların geodinamik şəraitində əsaslı geodinamik dəyişikliklər müşahidə olunmaqdadır.