Tovuz Gömrük İdarəsinin Sınıq Körpü postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının əl yüklərinə "Smiths detektion Heimann X-ray" yük yoxlama cihazı ilə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, baxış zamanı xanım vətəndaşın çantalarındakı paltarların içərisində əvvəlcədən gömrük nəzarətinə bəyan edilməmiş, ümumi çəkisi 185,12 qram olan 7 ədəd qızıl üzük, 4 ədəd qızıl bilərzik, 19 cüt qızıl sırğa, 8 ədəd qızıl boyunbağı və 7 ədəd qızıl kulon aşkar edilib.
Faktlabağlı araşdırma aparılır.